Səs yazısı yayılan bağça müdiri cəzalandırıldı - RƏSMİ

 15:37 07.06.2024     2720

Abşeron rayonunda keçmiş bağça müdirinin səs yazısı ilə bağlı tədbir görülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi açıqlama yayıb.

"Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilib.

Eləcə də Xırdalan 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb" - açıqlamada deyilir.

Aytac XƏLİL