Zəfər Qurbanov Ege Universitetinin “Fəxri doktoru” adına layiq görüldü – FOTO

 11:38 13.06.2024     1039

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Türkiyənin ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Ege Universitetinin “Fəxri doktoru” adına layiq görülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ege Universitetinin rektoru Necdet Budak və universitet rəhbərliyi qərar verib.

Zəfər Qurbanov sosial şəbəkə hesabında Ege Universitetinin “Fəxri doktoru” adına layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşüb:

“Əziz dostum, qardaşım Necdet hocaya və rəhbərlik etdiyi kollektivə məni bu fəxri ünvana layiq gördükləri üçün təşəkkür edirəm.

Bu il Aqrar Universitetlə Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının ilk məzunlarının buraxılışı sevincini yaşayırıq. Həmçinin, hər iki universitetin akademik heyətinin qarşılıqlı əməkdaşlığı nəticəsində birgə tədqiqat işlərinin və beynəlxalq indeksli jurnallarda çap olunan məqalələrin sayı da artır. Bir çox uğurlarımız barədə isə yaxın günlərdə statistik məlumatları diqqətinizə çatdıracağıq.

Təbriklərə görə hər birinizə təşəkkür edirəm, yalnız irəli!”