Əsgərlikdən gəlib 699.5 bal topladı?

 19:25 17.06.2024     1239

Lerikdə hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxsin 699,5 bal topladığı iddia edilir. 

Redaktor.az xəbər verir ki, bu barədə "cenublu.az" məlumat paylaşıb. 

Bildirilib ki, rayonun Cəbrayıl Ağayev adına Biləvər kənd məktəbinin 2022-ci il məzunu Rasəf Həsənli I ixtisas qrupu üzrə iki mərhələnin cəminə görə 699,5 bal toplayıb. 

Qeyd edək ki, bəzi təhsil ekspertləri bildiriblər ki, qəbul imtahanlarında 699,5 bal toplamaq mümkün deyil. Belə ki, maksimal bal 700, ona daha yaxın bal isə 697 olur. 

Xatırladaq ki, bu il qəbul imtahanlarında ən yüksək balı (700) birinci qrup üzrə Şəki şəhər 18 saylı məktəbin məzunu Zərifə İlyasova toplayaraq respublika birincisi olub.