Bu məktəbin müəllimi sertifikasiyadan 60 bal TOPLADI

 19:41 21.06.2024     1695

Xəbər verdiyimiz kimi, sertifikasiya prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Redaktor.az xəbər verir ki, Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Saidə Bayramova sertifikasiyadan 60 bal toplayıb.

Müəllim imtahanla bağlı təəssüratlarını bölüşüb:

“Kurikulum sualları isə bir az düşündürücü olsa da, elə də çətin deyildi. Düşünürəm ki, 60 balı toplamaq çətin deyil.

Bundan öncə sınaq imtahanlarında iştirak edən zaman 1-2 səhvim olurdu. Ona görə də maksimum nəticə göstərəcəyimə əmin deyildim. Amma imtahana daha diqqətli və ciddi yanaşandan səhv etməmək mümkün imiş”.