"Sertifikatlaşdırmadan kəsilən müəllimlər hansı universitetin məzunudur, açıqlanmalıdır" - Deputat

 19:54 24.06.2024     1087

Bu günlərdə keçirilən təkrar sertifikasiya imtahanında təxminən təxminən dörd minə yaxın müəllim lazımi balı yığa bilməyib. Maraqlıdır, pedaqoji təyinatlı universitetlər təhsil ocaqları lazımi qədər keyfiyyətli təhsil vermirmir? Universitetlərdən verilən diplomlar boşunadırmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirdi ki, bu məsələnin bir çox səbəbləri var. Biz əvvəlki dövrlərdə də bu məsələni müzakirə etmişik:

“Hazırda mövcud vəziyyəti nəzərə alaraq sertifikasiyanın həyata keçirilməsində ehtiyac var. Bu gün sözügedən proses davam edir. Hesab edirəm ki, burada sertifikasiya ilə paralel olaraq universitetlərdə də təhsilin keyfiyyət və məzmunu artırmaq üçün real addımlar atılmalıdır. Eyni zamanda biz cəmiyyətə də açıqlama verməliyik ki, imtahanlardan keçə bilməyən bu dörd min müəllim hansı universitetlərin məzunlarıdır? Həmin universitetlər ilə də ayrıca olaraq işlər aparılmalıdır. Necə olur ki, universiteti bitirən müəllimlər sertifikasiya imtahanından keçə bilmir? Bununla da universitetlərdə keçirilən təhsilin keyfiyyəti ilə bağlı ayrıca iş aparılmalıdır. Əgər ali təhsil ocaqlarında təhsilin keyfiyyət məzmunu artmasa hər hansısa ciddi nəticəyə nail ola bilməyəcəyik. Ona görə də ilk növbədə bu məsələləri həll etməliyik ki, sonradan xoşagəlməz hallar ilə qarşılaşmayaq”.

Yusif SƏMƏDZADƏ