Professor Abuzər Xələfov elmi məktəbinin davamçısı

 13:58 24.06.2024     304

XX əsrin ikinci yarısında Azərbaycanda ali kitabxanaçılıq təhsili formalaşmaga başladı və professor Abuzər Xələfov bu məktəbin əsasını qoydu. 1961-ci ildə Bakı Dövlət Universitetində professor A. Xələfovun rəhbərliyi ilə müstəqil fakultəyə çevrilən “kitabxanaçılıq-biblioqrafiya ixtisası 1970-1980-ci illərdə inkişaf etməkdə idi. Azərbaycan ictimaiyyəti tərəfindən tanınmış alim, əməkdar elm xadimi professor A. Xələfov yüzlərlə mütəxəssis və onlarla alim yetişdirərək milli kitabxanaşunaslıq məktəbinin əsasını qoydu. Tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Xələfova həmin məktəbin mənsubu olaraq yetişdi, formalaşdı və mənsub oldugu elmi ənənələrin layiqli davamçısı oldu.

Professor Abuzər Xələfov elmi tədqiqat işinə cəlb edəcəyi namizədləri tələbəliyin ilk illərindən seçirdi. Tələbəlik zamanından artıq məlum idi ki, kim professorun etimadını qazanıb və ona aspirantura yolu açıqdır.

1981-1986-cı illərdə Sevda Xələfova artıq gələcək akademik həyatını seçir və tələbəlik illərindən sonra aspirantura planları qurmaga başlayır. Ailə qurmaq, övladları ayaga qaldırmaq vəzifələri qabaga düşdü və aspirantura planları sonraya qaldı.

 2004-2009-cu illərdə aspirantura arzuları həyata keçdi və fəlsəfə doktoru proqramını bitirən kimi Sevda Xələfova müdafiəyə çıxdı və disertasiya işini ugurla müdafiə edərək tarix üzrə fəldəfə doktoru elmi dərəcəsini aldı.

“XX əsrin 70-90-cı illərində Azərbaycan Dövlət kütləvi kitabxanalar şəbəkəsinin inkişafı” mövzusunda disertasiya işi 2000-ci illərdə mütəxəssislərin diqqətini cəlb etdi. Dissertasiya sonrakı illərdə monoqrafiya olaraq çap edildi və Bakı Dövlər Universitetinin İnformasiya və sənəd menecmenti fakultəsinin tədqis ədəbiyyatları sırasına daxil oldu.

Monoqrafiya çapdan çıxan zamanlar rəqəmsallaşmanın həyatımıza sürətlə daxil oldugu dövrə təsadüf edirdi. Gənclərin, erkən yaşlı məktəblilərin ictimai mütaliədən kənarda qalmaması, ənənəvi mütaliə vərdişlərinin aşılanması sahəsində kütləvi kitabxanaların vəzifələri irəli sürülür, kütləvi kitabxanaların yeni, innovativ metodların öyrənilməsi və tətbiqi sahəsində təkliflər edilirdi.

Rəqəmsallaşma və kitabxanalarda yeni texnologiyaların tətbiqi məsələləri alimin gələcək elmi fəaliyyətində də özünü göstərirdi.

2010-cu ildə S. Xələfova “Elektron kataloq axtarış sistemində” adlı metodiki göstərici hazırlayaraq çap etdirdi. Kitabxana-informasiya fəaliyyətinin praktiki problemlərinə həsr edilmiş vəsait alimin gələcək tədqiqatlarını stimullaşdırdı. Sonrakı illərdə tədqiqatçı alim diqqətini texnolojı problemlərə yönəldir və bu sahədə bir neçə elmi məqalə çap etdirdi.

2013-ci ildə “Azərbaycanda birləşdirilmiş elektron kataloqun yaradılması ölkənin informasiya resurslarının əsası kimi’’ adlı məqaləsi Rusiya Federasiyasının Samara şəhərində çap olundu.

Həmin ildə dosent N.İsmayılovla birlikdə “Keçid dövründə Azərbaycan kitabxanalarının kompüterləşdirilməsi problemləri” adlı məqalə Ukrayna elmi mühitində təqdim olundu.

2019-cu il Bakı Döblət Universitetinin 100-illik yubileyi qaşısanda yüzlətlə alim öz əsərini bu yubileyə həsr edirdi. S.Xələfova dogma universitetin yüz illik yubileyinə həsr etdirdiyi BDU kitabxanasının fəaliyyəti ilə əlaqədar tədqiqatı mütəxəssislərin marağına səbəb oldu. 2019-cu ildə “Bakı Dövlət Universitetinin kitabxanasının 100 illiyi: Mütəxəssis və elmi hazırlığına töhfə” adlı məqaləsi çap olundu.

Son illərdə alimin kitabxanaçılığın müxtəlif istiqamətlərinə həsr olunmuş elmi, analitik və təcrübi əhəmiyyətli məqalələri elmi informasiya dövriyyəsinə daxil olur.

Əlamətdar haldır ki, bir çox məqalələr ingilis dilində, eləcə də rus dilində çap olunaraq beynəlxalq elmi ictimaiyyətin müzakirəsinə verilir.

Sover dövrü alimlərin rus akademik mühitində tanındıgı kimi, müstəqillik dövründə formalaşmış alimlərimizin ingilisdilli elmi məkanda yerləşməsi, nüfuzlu və indeksləşən məlumat bazalarına daxil olması diqqəti cəlb edir.

Nəticə etibarilə, Sevda Xələfovanın 1987-ci ildən Bakı Dövlət Universitetinin “Kitabxanaşünaslıq” kafedrasının laborantlıöından başlayan elmi-təcrübi fəaliyyəti uzun və mənalı olub.

1988-199-cu illərdə BDU-nun elmi kitabxanasında redaktor, 2000-2002-ci illərdə baş labarant, 2002-2009-cu illərdə “Kitabxana resursları və sənəd axtarış sistemləri” kafedrasında müəllim, 2009-2012-ci illərdə baş müəllim olaraq fəaliyyətini davam etdirdi və 2012-ci ildə kafedranın dosenti oldu.

Sevda xanım 2019- cu ildə isə həmin kafedranın müdiri vəzifəsinə seçildi.

 2020-ci illərdən başlayaraq dosent S.Xələfova aspirant və doktorantları ilə daha sıx işləməyə başlayır və gənc alimlərin yetişdirilməsində iştirak edir.

Hər il çox sayda maqistrlərə rəhbərlik edən alim gələcək tədqiqatçıları seçir, perespektivli gəncləri akademik mühitə təqdim edir, onlara elmi fəaliyyətin ilk addımlarını öyrədir.

Hal-hazırda alimin ən məhsuldar elmi fəaliyyət dövrüdür və elm-təhsil təşkilatçısı kimi həmkarlarının rəgbətini qazanıb.

S. Xələfovanın elmi əsərləri Skopus, WOS, Copernikus, ERİH-Plas, Ulakbim məlumat bazalarında indeksləşir və elmi istinadlar alır.