Həmin məktəbin direktoru işdən çıxarıldı
Samuxda “Son Zəng”lə bağlı təlimatın pozulduğu məktəbin direktoru ilə əmək müqaviləsinə xitam verilib.
Redaktor.az xəbər verir ki, bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:
“Bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib”.
Qeyd edək ki, Samuxda keçirilən “Son Zəng” tədbirində kriminal aləmə aid mahnı səsləndirilmişdi. Məktəbin məzunlarının müəllim heyəti ilə bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmayıb.