Sertifikasiya imtahanı verən müəllimlərin nəzərinə!

 21:04 24.06.2024     1033

21, 22 və 24 iyun tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.

Redaktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, təhsilverənlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciət edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Apellyasiyaya müraciət etmək üçün bu linkə keçid edə bilərsiniz.