Bəzi rayonlarda hər beş riyaziyyat müəllimindən biri sertifikasiyadan keçməyib

 15:39 27.06.2024     9466

Elə rayonlar var ki, hər beş müəllimdən biri riyaziyyat fənni üzrə sertifikatlaşdırılması prosesində nəticə göstərə bilməyib.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, ümumilikdə 40 % müəllim bu fənn üzrə yüksək nəticə göstərib.

Onun sözlərinə görə, suallar həmişə standartlara uyğun yazılır:

"Amma hələ də hazırlığa ehtiyacı olan müəllimlər var".

Nazir qeyd edib ki, riyaziyyat fənni üzrə müəllimlər düstur və anlayışda yüksək nəticə əldə etsələr də, məsələ həllində təkmilləşməyə ehtiyac var.

Onun sözlərinə görə, bütün problemlər ibtidai siniflər üzrə baş verir: "Riyaziyyat və Azərbaycan dili fənni üzrə göstəricilər yaxşıdır. Təbii ki, əsas məsələ baza təhsilində qazanılan uğurdur. Bu həll edilsə daha yaxşıdır.