Məktəb direktoru və müavinləri də sertifikasiyadan keçəcəklər - Nazir

Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, hazırkı vəziyyətdə məktəb direktoru və müavinlərinin yüksək nəticə göstərən müəllimlərin arasından seçilməsi nəzərdə tutulur.