Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçiləcəklər - Nazir

 22:41 27.06.2024     410

"Növbəti mərhələdə direktor və müavinlərinin də sertifikatlaşdırma prosesində iştirakını vacib hesab edirik".

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: Peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, yeni təyin olunan məktəb direktorlarının məhz yüksək nəticə göstərən müəllimlər arasından seçilməsi vacib məqamdır. 

"Çünki öz fənnini bilməyən şəxs məktəbə direktorluq edəndə, düşünürəm ki, bu, heç kimi sevindirmir. O demək deyil ki, yüksək nəticə göstərənləri dərhal direktor təyin edəcəyik. Sadəcə direktorlar yüksək nəticə göstərmiş müəllimlər arasından seçiləcəklər", - deyə Əmrullayev bildirib.