Bakı Ali Neft Məktəbinin komandasının böyük UĞURU

 10:17 29.06.2024     425

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Cəvahir Yusifzadə, II kurs tələbəsi Zərifə Əsədullayeva və Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Solmaz Mahmudova “Baku Investment Day”də “CleanTech” kateqoriyasında özünü bərpa edən sement layihəsi ilə qalib olub.

BANM-dan Redaktor.az-a verilən məlumata görə, layihənin rəhbəri təhsil olacağının Kimya mühəndisliyi kafedrasının istehsalat təlimi ustası Fidan Qədimalıyevadır.

Qalib komanda 100 min ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.