Abituriyentlərin NƏZƏRİNƏ! - Qabiliyyət imtahanları başladı

 12:05 29.06.2024     340

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına start verilib.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, imtahanlar Bakıda, Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.

Bu gün İnstrumental ifaçılıq (18, 19, 20, 22-ci komissiyalar), Vokal sənəti (24-cü komissiya), Dirijorluq (27-ci komissiya), Musiqişünaslıq (30‑cu komissiya) ixtisasları üzrə qeydiyyatdan keçən 120 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanlar iki növbədə təşkil olunur və iyulun 5-d'k davam edəcək.