Magistraturaya qəbulun nəticələri bu tarixdə AÇIQLANACAQ

 13:56 01.07.2024     283

2024/2025-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən ixtisaslaşma seçimi başa çatıb.

Redaktor.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, magistraturanın ixtisas seçiminin nəticələri  3 iyul tarixinə qədər açıqlanması nəzərdə tutulur.

“Nəticələr seçim başa çatandan 3 gün sonra elan olunur”, - DİM-dən bildirilib.

Nəticələr elan olunduqdan sonra isə 5-15 iyul aralığı elektron qaydada qeydiyyatın aparılması gözlənilir

Qeyd edək ki, hazırda 15796 plan yeri uğrunda 15660 nəfər (Azərbaycan bölməsi - 14381 ; rus bölməsi - 1278)  mübarizə aparır.