"Yoxlama tədbirləri ilin sonunadək davam edəcək" - Eşqi Bağırov
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe qurumlarında apardığı yoxlamaları ilin sonuna qədər davam etdirəcək.
Redaktor.az xəbər verir ki, bunu Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
E.Bağırov xatırladıb ki, aparılan monitorinqlər zamanı Dağlıq Şirvan Regional Təhsil İdarəsində bəzi müsabiqələrin keçirilmə qaydaları və təlimat sənədlərinin icrasında pozuntular aşkarlanıb, idarənin rəhbəri işdən çıxarılıb.
O qeyd edib ki, yerli bölmələrin, eyni zamanda müəssisələrin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır: “Qaydaların və təlimatların pozulması halları yolverilməzdir”.