MİQ imtahanlarına bu qədər namizəd çağırılıb

 15:49 06.07.2024     419

İyulun 6-da müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Redaktor.az xəbər verir ki, Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzinin məlumatına görə, iyulun 6-da təşkil olunan MİQ imtahanlarına rus dili, rus dili və ədəbiyyatı, biologiya və fiziki tərbiyə fənləri üzrə 7218 namizəd dəvət olunub. Ümumilikdə 84 faiz davamiyyət qeydə alınıb.

MİQ imtahanları iyulun 8-də davam etdiriləcək.

Xatırladaq ki, MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə iyulun 2-dən başlanılıb və iyulun 10-da yekunlaşacaq.