DİM-də TOEFL iBT imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzində 2 növbədə TOEFL iBT imtahanı keçirilib.
Bu barədə Redaktor.az-a Mərkəzdən bildirilib.
İmtahanda 16 nəfər iştirak edib.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının 10 iyul 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/