MİQ imtahanlarında iştirak edən ər-arvad yüksək bal TOPLADI

 16:21 08.07.2024     454

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün – iyulun 8-də də davam edib. Bu gün ingilis dili fənni üzrə namizədlər test imtahanları veriblər.

Redaktor.az xəbər verir ki, Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən verilən məlumata görə, 8 iyul tarixində təşkil olunan MİQ imtahanlarına ingilis dili fənni üzrə 5 946 namizəd dəvət olunub. Ümumilikdə 80% davamiyyət qeydə alınıb.

Qeyd edək ki, bugünkü MİQ imtahanlarında da yüksək nəticələr qeydə alınıb.

Naxçıvanda keçirilən müəllimlərin işə qəbul imtahanında namizəd Sura Rüstəmova ingilis dili üzrə 93,75 bal toplamaqla yüksək nəticə göstərib.

Maraqlıdır ki, onun həyat yoldaşı da bir neçə gün öncə MİQ imtahanlarında iştirak edib və yüksək nəticəyə imza atmışdı. Belə ki, Sura Rüstəmovanın həyat yoldaşı Ələkbər Ağayev 4 iyul tarixindəki MİQ imtahanlarında kimya fənnindən 95 bal toplayıb. Cütlüyün iki qız övladı var.  // modern.az