Bu universitetə tələbələr sənədlərini elektron formada təqdim edəcək

 18:40 08.07.2024     846

Yeni tədris ilindən Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olan şəxslərdən kağız daşıyıcıda sənəd tələb olunmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq qərar “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətinin portal.edu.az platforması üzərindən həyata keçirildiyi və lazımi məlumatların elektron qaydada təmin edildiyi əsas götürülərək qəbul olunub.

Qeyd edək ki, artıq 3 ildir, ali təhsil müəssisələrinə qəbul olan şəxslər sənədlərini elektron formada, www.portal.edu.az xidməti vasitəsilə təqdim edirlər.