Bu müəllimlər üçün vakansiya elan OLUNDU

 14:18 09.07.2024     1379

Qarabağ Universitetinin Mühəndislik, Turizm, İncəsənət, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrində müvafiq kafedralar üzrə müdir vəzifəsinə vakansiyalar elan edilib.

Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) kafedra müdiri” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi 22 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://t.ly/eLvGq