Bağçalara ərizələrin onlayn qeydiyyatına BAŞLANILDI

 09:18 16.07.2024     627

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Redaktor.az-a bildirilib ki, ötən ildən fərqli olaraq bu il məktəbəqədər təhsil müəssisələrinə uşaqların növbəyə yazılma prosesi müxtəlif yaş qrupları üçün fərqli vaxtlarda aktiv ediləcək.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.