Prezident onlara yeni vəzifə verdi - SƏRƏNCAM

 16:24 23.07.2024     1246

Dövlət İmtahan Mərkəzinin fəaliyyəti təkmilləşdirilir.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” fərmanda dəyişiklik edib.

Dəyişikliklə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Həmçinin DİM-in fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

***

Dövlət İmtahan Mərkəzinin (DİM) Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla DİM-in Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təyin edilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov isə Müşahidə Şurasının üzvləri seçiliblər.