Nazirlik yeni təhsil xidməti ilə bağlı qrant müsabiqəsi ELAN ETDİ

 14:36 26.07.2024     641

Elm və Təhsil Nazirliyi tərəfindən icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsi elan edilir.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları bu təhsilə cəlb etməkdir.

Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə aparılır.

Sənəd qəbulu üçün son müraciət tarixi 16 avqust 2024-cü ildir.

Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların sayının 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olunması üçün digər tədbirlərlə yanaşı, icma əsaslı təlim qruplarında məktəbəqədər təhsilin təşkilinin qrant vasitəsilə maliyyələşdirilməsi planlaşdırılır.