Yeni tədris ilindən 9 yeni ixtisas tədris olunacaq

 11:16 29.07.2024     763

Yeni tədris ilindən peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq.

Redaktor.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, bura duronların texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, suvarma maşınları və nass qurğuları maşinisti aiddir.

Direktor vurğulayıb ki, yeni tədris ili üçün ən çox plan yerləri aşpaz ixtisası üzrə ayrılıb.