Təkrar sertifikasiyadan keçməyən 4300-dən çox müəllimin müqaviləsinə xitam verilib - RƏSMİ

 16:12 31.07.2024     8365

Müəllimlərin təkrar sertifikasiyasında nəticəsi uğursuz olan 4300-dən çox müəllimin müqaviləsinə xitam verilib.

Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müəllimlərin sertifikasiyası üçün 10 500-dən artıq vakansiya təqdim olunub, 22 mindən artıq müəllim müsabiqədə iştirak edib: "Müsabiqədə iştirak edə bilmədiyi üçün işdən çıxarılan müəllimlərin dərs saatları həmin məktəblərdə fəaliyyət göstərən digər müəllimlərə paylanılacaq".

N.İsmayılbəyli bildirib ki, 712 məktəbdə vakansiya yaradılıbsa, bunlardan 563-sı Azərbaycan dili və Ədəbiyyat müəllimliyini əhatə edir (report).