"Distant təhsil tələbələrə çətinlik yaradacaq" - AÇIQLAMA

 17:05 01.08.2024     2015

Nazirlər Kabinetinin qərarına əsasən COP29 ilə əlaqədar peşə, orta ixtisas və ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək. Bəs dərslərin onlayn təşkil edilməsi təhsil sisteminə necə təsir edir?

Bu barədə təhsil eksperti Cahid İmanov Redaktor.az-a açıqlamasında bildirdi ki, universitetlərin distant formaya keçməsi birmənalı şəkildə tələbələrin təhsilinə mənfi təsir edir.

"Xüsusilə də birinci kurs tələbələrinin universitetə başlamısının ilk ayında distant təhsil onların adaptasiyasında müəyyən çətinliklər yaradacaq. Eləcə də humanitar fənlərin tədrisi zamanı məsafədən təhsil müəyyən mənada uyğun olsa da, praktiki məşğələlərin olduğu fakültə və fənlərdə, idman, incəsənət və s. kimi ixtisasları üçün uyğun hesab edilmir", - ekspert dedi.

Sevinc İBRAHİMZADƏ