BANM yeni korpusuna KÖÇDÜ - RƏSMİ

 18:14 07.08.2024     928

Bakı Ali Neft Məktəbinin Xətai korpusu yeni Ağ şəhər korpusuna (Xətai rayonu, Ağ şəhər 1-ci Xəzər küçəsi 5) köçdü.

Redaktor.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov feysbuk hesabında paylaşıb.

"Yeni korpusda Ali Məktəbin Davamlı təhsil fakültəsi, İngilis dili və humanitar fənlər mərkəzi fəaliyyət göstərəcək. Eyni zamanda burada BANM-ın nəzdində yeni liseyin yaradılması da nəzərdə tutulur. Bununla bağlı suallarınızı Bakı Ali Neft Məktəbinin Ağ Şəhər korpusuna ünvanlaya bilərsiniz.

Yeni tədris ilində, yeni ünvanda görüşmək arzusu ilə!", - paylaşımda qeyd olunub.

Sevinc İBRAHİMZADƏ