Abituriyentlərə ŞAD XƏBƏR - Jurnal ÇIXDI

Ali məktəblərə ixtisas seçimi üçün “Abituriyent” jurnalının 4-cü nömrəsi çapdan çıxıb.
Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.
Onun sözlərinə görə, jurnal artıq satışa verilib.
Bundan başqa Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını çap edib.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Sevinc İBRAHİMZADƏ
