Şagirdlərin elektron yerdəyişməsinə start VERİLDİ

Bu gündən 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.
Bu barədə Redaktor.az-a Elm vəTəhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.
Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.