Bu universitetlərdə qiyabi ixtisaslar ləğv edildi - SİYAHI
Azərbaycanda bir sıra universitetlərdə qiyabi ixtisaslar ləğv edilib.
Redaktor.az "modern.az"a istinadla xəbər verir ki, 15-ə yaxın universitetdə qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq.
Belə ki, 2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Milli Aviasiya Akademiyasında, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Sumqayıt Dövlət Universitetində, Mingəçevir Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində əsasən mühəndisliklə bağlı ixtisaslarda (geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair) qiyabi təhsilalma forması olmayacaq.
Həmçinin BDU-da kompüter elmləri ixtisasında da qiyabi formaya qəbul mümkün olmayacaq.