Bu universitetlərdə mühəndislik ixtisası üzrə qiyabi təhsil DAYANDIRILDI

Gəncənin 2 universitetində mühəndisliklə bağlı ixtisaslarda qiyabi təhsil forması ləğv olunub.
Redaktor.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetində 2024/2025-ci tədris ilində əsasən mühəndisliklə bağlı ixtisaslarda (geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair) qiyabi təhsilalma forması olmayacaq.
Qeyd edək ki, Azərbaycanda 15-ə yaxın universitetdə qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq.