İkinci qrup üzrə müsabiqə şərtləri: hansı ixtisaslara fərqli tələblər tətbiq edilir?

 12:59 13.08.2024     611

Ali təhsil müəssisələrinə ixtisas seçimində II qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a bildirilib ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

-Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

-Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

-Marketinq;

-Biznesin idarə edilməsi;

-Turizm bələdçiliyi;

-Turizm işinin təşkili.