Ali məktəblərə qəbulun nəticələri bu tarixdə AÇIQLANACAQ

 11:07 20.08.2024     829

Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi avqustun 20-də saat 08.59-da başa çatıb. Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. Ən çox ərizə I qrupa verilib.

Redaktor.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən modern.az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, nəticələr üç gün ərzində elan ediləcək.

"Ali təhsil müəssisələrinə qəbulun nəticələrinin növbəti üç gün ərzində elan olunması nəzərdə tutulur", - qurumdan bildirilib.

Qeyd edək ki, elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.