Türkiyə-Azərbaycan Universitetinə qəbulun ilkin nəticələri BİLİNDİ

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun ilkin nəticələri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Texniki Universitetin rektoru Vilayət Vəliyev özünün "Facebook" hesabında məlumat paylaşıb.
O bildirib ki, nəticələr gözləniləndən də yüksək olub:
“Kompüter mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə - 684.9, ən aşağı nəticə 641.6, Sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663.7; ən aşağı nəticə 544.4, Qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632.8; ən aşağı nəticə 452.1. olub”.