Lisey və gimnaziyalara II mərhələ üzrə qəbulun nəticələri AÇIQLANDI

 15:31 23.08.2024     192

2024–2025-ci tədris ili üçün mərkəzləşdirilmiş qaydada qəbul keçirilən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin nəticələri elan olunub. Qəbul nəticələri ilə sy.edu.az platformasının “İmtahanlar” bölməsi vasitəsilə tanış olmaq mümkündür.

Təhsil İnstitutundan Redaktor.az-a bildirilib ki, lisey və gimnaziyalara qəbul olan şagirdlər üçün avtomatik sorğular yaradılıb. “Sorğularım” bölməsi vasitəsilə onların ardıcıllığını izləmək mümkündür.

Şagirdlərin avqustun 27-dək (saat 16:00-a qədər) qəbul olduqları müəssisəyə şəxsi işləri təqdim edilməlidir. Həmin tarixədək sənədləri təqdim edilməyən şagirdlərin sorğuları silinəcək və qəbul etibarsız hesab olunacaq.

Link vasitəsilə keçid balları ilə tanış olmaq mümkündür.