700 bal toplayan tələbə sözünün üstündə durdu - "Təəccüblü olmadı..."
Qəbul imtahanında maksimal bal toplayan Zərifə Elmaz qızı İlyasova sözünün üstünə durub. O, ADA Universitetinin Riyaziyyat ixtisasına qəbul olub.
Zərifə İlyasova bu barədə Redaktor.az-a danışdı:
"Əslində, iyunun 14-ü cavablar çıxandan bəri 700 bal olduğuna görə bilirdim ki, haranı yazsam, ora qəbul olacağam. Buna görə də çoox təəccüblü olmadı. Sadəcə olaraq, düşünürdüm ki, hansı ixtisas gələcək üçün daha tələbli olacaq. Gələcəkdə data analitik olmaq istəyirəm, bunun təməlində riyaziyyat durur deyə mən də ADA Universitetində Riyaziyyat ixtisası üzrə oxumağa qərar verdim".
O, magistr barədə danışmaq üçün hələ tez olduğunu bildirsə də, təhsilini xaricdə davam etdirmək niyyətində olduğunu bildirdi.
Sevinc İBRAHİMZADƏ