Bu il ali məktəblərə qəbul olan subbakalavrların sayı ARTDI

 11:20 26.08.2024     1048

Subbakalvrlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunublar. Bu ötənilki göstəricidən 695 nəfər daha çoxdur.

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib.

O bildirib ki, subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universiteti (584), Mingəçevir Dövlət Universiteti (569 nəfər) Azərbaycan Texnologiya Universitetinə (527 nəfər) və Lənkəran Dövlət Universitetinə (505 nəfər) qəbul olunub.