Cəlilabaddan olan yeddi məzun Qarabağ Universitetinin ilk tələbələrindən OLACAQ

 22:01 26.08.2024     326

Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən Cəlilabad məktəblərini 2023-2024-cü tədris ili üzrə bitirən 7 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq.

Redaktor.az “Report"a istinadən xəbər verir ki,  həmin tələbələrdən 2 nəfəri Cəlilabad şəhər 1 nömrəli məktəb liseyi, 1 nəfər Adnalı tam orta, 1 nəfər Sabirabad kənd 1 nömrəli tam orta, 1 nəfər isə Çünzəli kənd tam orta və 1 nəfər Üçtəpə kənd tam orta məktəbin məzunlarıdır.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub. Eyni zamanda 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.