Yüksək bal toplasa da, müəllim ola bilmədi - VİDEO

 22:08 30.08.2024     680

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirən Sehran Kazımov MİQ imtahanında yüksək nəticə göstərsə də, müəllim adını qazana bilməyib.

Redaktor.az xəbər verir ki, o, 5 iyul 2024-cü ildə Riyaziyyat ixtisası üzrə keçirilən MİQ imtahanından 76,25 bal toplayıb.

“Mənə irad bildirirlər ki, sən riyaziyyat müəllimliyini seçə bilməzsən. Mən nəyə görə riyaziyyat müəllimliyi seçmişəm? Çünki mənim diplomumda riyaziyyat və informatika müəllimliyi yazılıb. Bunlardan birini seçə bilərəm. Mən orada diplomun nömrəsini qeyd etmişdim. Bunu araşdırıb ixtisasımın riyaziyyata uyğun olmadığını qeydiyyat mərhələsində deyə bilərdilər”, - deyə S. Kazımov bildirib.

Təhsil eksperti İlqar Orucovun sözlərinə görə, Tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirmiş məzunlar Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yalnız informatika müəllimi işləyə bilərlər.

Daha ətraflı İctimai TV-nin süjetində: