"Saxtakarlıqlar mümkündür, lakin bunu uzun müddət ört-basdır etmək mümkün deyil" - Pərviz Kazimi

 12:52 03.09.2024     714

Redaktor.az Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakultəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi ilə müsahibəni təqdim edir:

 - Pərviz müəllim, ali məktəblərdə yeni tədris ili başlanır. Bu il elm və təhsil ili olaraq hansı perespektivləri vəd edir?

- Bu il əvvəlki illərə nisbətən daha artıq fəallıqın müşaidə olunacagı gözlənilir. Akademik müəssisələrin ali təhsil müəssisələri ilə inteqrasiyası həm elmi tədqiqarların genişlənməsinə, həm də ali təhsilin keyfiyyətinə müsbət təsirlərini göstərir. Bunu son illər müşaidə etmək olur. “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi ilə Respublikada elm sahəsində dinamik inkişaf müşaidə olunmaqdadır.

2024-cü ilin ikinci rübündə Azərbaycan milli “H” indeksi reytinqi açıqlandı. Bu cədvəllərə əsasən məlum olur ki, dünyanın nüfuzlu üç məlumat bazasının (MB) göstəriciləri əsasında Azərbaycan beynəlxalq  “H” indeksi 184 təşkil edir. Bu rəqəm “Skopus” MB əsasında 172, Web of Science MB əsasında 151, Google Scholar MB əsasında 229 təşkil edir. Bu rəqəmlərin son beş ildə nə qədər dəyişdiyi və inkişaf etdiyini ifadə etmək üşün 1997-2017-ci illərdə Azərbaycan milli “H” indeksinin 27 təşkil etdiyini göstərmək kifayət edər. O zaman ki, həmin iyirmi ilin orta göstəriciləri Türkiyə üçün 275, Qazaxıstan üçün 68 təşkil edirdi.

- Azərbaycan universitetlərinin 2024-cü il üçün reytinqləri həqiqi mənzərəni nə qədər ifadə edir və dünyanın qabaqcıl universitetləri ilə rəqabət edə bilmək nə qədər realdır?

- Azərbaycan universitetlərinin reytinqi əsasən iki istiqamətdə müəyyənləşdirilir. Beynəlxalq Reytinq mərkəzlərinin müəyyənləşdirdiyi siyahılarla və ölkə daxili reytinq cədvəlləri ilə. Əslində bu iki qiymətləndirmə formaları biri-biri ilə sıx əlaqəlidir. Qiymətləndirmə metodikası beynəlxalq qəbul edilmiş alətlərlə hesablanır.

Azərbaycan Milli “H” indeksi reytinqi 2023-cü ildən yayınlamaga başlanılıb. Burada iştirak edən yüzdən artıq elm və təhsil müəssisələri içərisində Ali məktəblərin reytinq cədvəlinə Bakı Dövlət Universiteti başçılıq edir. BDU-nun bu qiymətləndirmə cədvəlinə əsasən reytinqi “Skopus” MB əsasında 70, Web of Science MB əsasında 62, Google Scholar MB əsasında 112 təşkil edir. Bunlar çox cazidədar rəqəmlərdir və məhz bu rəqəmlərin nəticəsidir ki, dünyanın nüfusli reytinq mərkəzlərindən olan QS-in 2024-cü il üçün qiymətləndirmə cədvəlində BDU 950-ci yeri tutur.

“H” indeksini düzgün anlamaq üçün bir nümunə göstərim. BDU-nun professoru Mais Suleymanovun Milli “H” indeksi 106 təşkil edir. Bu o deməkdir ki, alimin beynəlxalq nüfuzlu elmi jurnallarda ən azı 106 məqaləsi çap olunub ki, o əsərlərin hər birinə dünya alimləri tərəfindən ən azı 106 elmi istinad edilib. Ümumiyyətlə M.Suleymanovun əsərlərinə bu günə qədər dünyanın nüfuzlu sahə mütəxəssislərinin 36537 istinad etdiyi məlumdur. Bu göstərici dünyanın tanınmış fizikləri arasında da çox yüksək göstərici hesab edilir.

Qeyd etdiyimiz kimi Azəebaycan Milli “H” indeksi reytinqində 2024-cü ilin ikinci rübünün göstəricilərinə görə təhsil müəssisələri içərisində BDU ön sıradadır. Eləcə də Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtİsad Unİversİteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti ilk onluqda yer tutur.

- Azərbaycanda həyata keçirilən elmi-tədqiqat işlərinin aktuallıgı və ya əhəmiyyəti necə qiymətləndirilir. Biz dünyada baş verən akademik proseslərlə rəqabət edə bilərikmi?

- Bu bütün elm sahələri üzrə aparılan tədqiqatlarda aktual problemdir. Etiraf etmək lazımdır ki, Milli “H” indeksində əldə etdiyimiz əsas göstəricilər Texnika və təbiət elmləri hesabına formalaşır. Fizika, nanatexnologiyalar, tətbiqi riyaziyyat, kimya, kompyuter kexnologiyaları sahəsində çap olunmuş məqalələr ən çox elmi istinadlar toplayır. Sosial-humanitar sahələrdə elmi məqalələr və istinadlar nisbətən azdır. Sosial humanitar sahələrdə çap olunan məqalələrin elmi cazibədarlıgı da aşagıdır, dünya alimlərinin diqqətini cəlb etmir. Eləcədə bu sahənin mütəxəssislərinin elmmetrik alətlərdən düzgün istifadə etmək vərdişləri yoxdur, bir çoxu isə elmi məlimat bazalarında akademik profillərə malik deyillər.

Azərbaycan Milli “H” indeksi reytinqində mədəniyyət, incəsənət, “audiovizual” sənət sahələrinin tədqiqatçıları təmsil olunmur. Nəticə olaraq bu vəziyyət Milli indeks göstəricilərimizin də aşagı düşməsinə səbəb olur.

Müasir elmi-tədqiqat işlərinin qiymətləndirilməsində tətbiqi olan sahələrə əhəmiyyət verilir. Lakin yanlış düşüncədir ki, ədəbiyyatın, incəsənətin, poeziyanın tətbiqi yoxdur. Sadəcə olaraq yeni cərəyanlarla tanış olmaq, beynəlxalq elmi müzakirələrə daxil olmaq, elmi əməkdaşlıqlara açıq olmaq lazımdır. Qlobal akademik platformalar bu kimi kommunikasiyalara geniş imkanlar yaradır.

- Hansı elmi istiqamətlərdə inkişafımız daha qabarıq görsənir?

- Hər hansı elm sahəsində təqdim edilən elmi məqalə yalnız o sahənin mütəxəssisləri tərəfindən qiymətləndirilə bilər. Bu qayda çox qədimdən formalaşıb və akademik etika normasına çevrilib. Sosial şəbəkələrdə hamı hər şeyi bilir və mövqe bildirir. Sosial şəbəkələrdən fərqli olaraq akademik platformalarda ciddi akademik etikaya riayət olunur. Dogrudur ki, akademik platformalarda da saxtakarlıqlar mümkündür. Lakin bunu uzun müddət ört-basdır etmək mümkün deyil. Az müddətdə mahiyyət üzə çıxır.

Yalnız elmmetrik göstəricilərin təhlili ilə elmi məqalələr, monaqrafiya və digər akademik əsərlərin qiymətləndirilməsi ilə tədqiqatın cazibədarlıgını müəyyən edə bilərik. Qlobal akademik mühitdə informasiya boşlugunu müəyyən edə bilərik. Azərbaycandan təqdim olunmuş elmi məqalələrin hansı ölkələrdə və hansı elm sahələri üzrə məqalələrin çox sayda çap olunmasından nəticələr əldə edə bilərik. Bir çox ümumiləşdirmələr etmək olar. Lakin son nəticədə bir tarixçi məqaləsinə qiymət verəcək şəxs tarixçilər olmalıdır. Qlobal elmi informasiya məkanında nüfuzlu alimlərin diqqətini cəlb edəcək məqalələr, xüsusilə də sosial-humanitar sahələrdə çox azdır.

İndeksləşən məlumat bazalarında yerləşən elmi jurnallarda məqalə çap etdirmək hələ də gənc tədqiqatçılar üçün problem olaraq qalır. Gənc tədqiqatçıların belə problemlərlə qarşılaşmasını anlamaq olar. Gəncdilər, yeni və diqqətə layiq mövqe formalaşdırmaqda ilk addımlarını atırlar. Nüfuzlu elmi jurnallar mühafizəkardırlar, onlar tanınmış alimlərin, imzası olan tədqiqatçıların əsərlərini çap etdirməkdə maraqlıdırlar. Bu mənzərə aydındır. Lakin tanınmış alimlərin nüfuzlu jurnallarda məqalə çap etdirə bilməməsi heç nə ilə izah oluna bilməz.

Turan İSMAYIL