Bu universitetdə səhvlərə yol verilməyəcək - Nazir AÇIQLADI

 13:07 09.09.2024     359

"Qarabağ Universitetində əvvəlki səhvlərə yol verilməyəcək".

Redaktor.az-ın məlumatına görə, bunu Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, növbəti həftə 1200 tələbə 100 müəllim ilə tədrisə başlayacaq universitet Azərbaycan tarixinin çox önəmli səhifəsidir.

E.Əmrullayev həmçinin bildrib ki, xaricdə yaşayan azərbaycanlı alimlərin təcrübəsi ilə yerli elm və təhsilin əlaqələndirilməsi olduqca vacibdir.

"Azərbaycan elmi ciddi bir transformasiyadan keçib. Azərbaycan elminin göstəricisi təbii ki, müasir dövrdə rəqəmlər ola bilər. Bu rəqəmlər kifayət qədər ürəkaçan deyil. Bunum obyektiv və subyektiv səbəbləri var. Biz bütün elmi məsələlər ilə eyni anda məşğul ola bilmərik. Bunu da müəyyən etmək üçün alimlərin fikri önəmlidir. Buna görə də bu forumun işi sözügedən mövzuda çox faydalı olacaq. Kifayət qədər ictimai məsələlər var. Elə peşəkar alimlər var ki, cəmiyyət olaraq biz onların adlarını bilmirik", - deyən nazirin sözlərinə görə, hazırda elmin inkişafı üzrə dövlət proqramı üzərində iş aparılır:

"Burada əsas məqsəd həm xaricə yaşayan azərbaycanlı alimlərin, həm də digər tədqiqatçıların təcrübəsini Azərbaycan elminə inteqrasiya etməkdir".