“Ölkəmizdə müasir tələblərə cavab verən alimlər yetişdirilməlidir" - Hafiz Paşayev

 14:09 09.09.2024     214

Azərbaycan elminin, təhsilinin nüfuzu daha da artırılmalıdır. Bunun üçün biz alimlərimizdən təkliflər gözləyirik. Təklifləri olanlara isə maliyyə dəstəyi verməyə hazırıq.

Redaktor.az xəbər verir ki, bu sözləri sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda ADA Universitetinin rektoru professor Hafiz Paşayev söyləyib.

O bildirib ki, Azərbaycan elminin inkişafında alimlərin üzərinə böyük rol düşür: “Ölkəmizdə müasir tələblərə cavab verən alimlər yetişdirilməlidir. Xüsusilə dəqiq elmlərlə bağlı mənim narahatlığım var”.

Qeyd edək ki, Forumda dövlət rəsmiləri, dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim, ümumilikdə isə 200-dən çox yerli və xarici alim iştirak edir.