Baş nazir bu universitetlərlə bağlı qərar İMZALADI

 10:37 10.09.2024     371

Azərbaycanda 4 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərarlar imzalayıb.

Qərarlara əsasən, həmin ali məktəblər Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universitetidir.