Bu rayonlarda peşə hazırlığı mərkəzləri YARADILIR
Hazırda Qubada Regional Peşə Hazırlığı Mərkəzinin inşası işləri davam edir. Masallı, Sabirabad və Şəkidə də regional peşə hazırlığı mərkəzlərinin tikilməsi üçün layihələndirmə işləri aparılır.
Bu barədə Redaktor.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, mərkəzlərdə işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlığının həyata keçirilməsi üçün hər cür şərait yaradılacaq.
Bildirilib ki, tədris olunan peşələr üzrə sinif, instruksiya otaqları ilə yanaşı, emalatxanaların da fəaliyyət göstərəcəyi mərkəzlər peşə tədrisi üçün müasir avadanlıqlarla təchiz olunacaq.