"Kənd yerlərində ixtisaslara bağlı olaraq boş qalan yerlərimiz var" - Nazir

 13:41 10.09.2024     381

"Kənd yerlərində ixtisaslara bağlı olaraq boş qalan yerlərimiz var. Bu əsasən təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları ilə bağlıdır. Məsələn, ibtidai sinif müəllimliyi və ya ədəbiyyat müəllimliyi ilə bağlı vakant yer yoxdur".

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, burada iki məqam var:

"Biri fundamental problemdir. Daha kiçik məsələn, ibtidai məktəblərdə az, bəzən cəmi 2-4 sinif olur. Belə olan halda musiqi dərsi cəmi 4 saat olur. Müəllimin oraya getməsi texniki olaraq mümkün deyil. Çünki 4 saatın əməkhaqqı çox aşağı olur. Yaxud, 9 illik məktəblərdə toplasanız, bir müəllimin 9-12 saat dərsi olur ki, əgər həmin kənddə yaşayan adam deyilsə getmir".

Nazir əlavə edib ki, əsas səbəb bunlardır:

"Buna görə də biz təhsilin strukturuna bir daha baxmalıyıq. Bilməliyik ki, nələr səmərəlidir, nələr yox. Burada obyektiv səbəblər var. Bunun müəllim çatışmazlığı ilə əlaqəsi yoxdur. Gördünüz ki, bu il yenidən 50 mindən çox insan müəllim olmaq istəyir. Onlaf kifayət qədər bacarıqlı, savadlı gənclərdir" (APA).