Məşhur aparıcı tələbə OLDU

Aparıcı Murad Əzimzadə yenidən ali təhsil almaq qərarına gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə aparıcı özü instaqram səhifəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olduğunu açıqlayıb.
O bildirib ki, "Siyasi idarəetmə" fakültəsinə qəbul olub.:
"Beynəlxalq münasibətlər ixtisası üzrə təhsilə davam. Yolumuz uzun, enerjimiz çox. Təhsilimizi və təcrübəmizi artırıb, dövlətə, xalqa faydalı olmaq lazımdır".
