Jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTO

 10:19 16.09.2024     871

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ilinin ilk dərs günüdür. Yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə I siniflərə 132 mindən çox şagird qəbul olunub.

Redaktor.az xəbər verir ki, bu gün birinci sinfə gedənlər arasında jurnalist övladları da var. 

İlk dəfə məktəb həyatına qədəm qoyan həmin birincilərin fotoşəkillərini təqdim edirik:

"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevin oğlu Əziz Bakı Slavyan Universitetinin nəzdindən məktəb-lisey kompleksində təhsil alacaq.

İctimai Televiziyanın əməkdaşı Valeh Dadaşovun oğlu Fateh də builin birincilərindəndir.

Ölkə.az saytının baş redaktoru Samir Mirzə ilə bizimyol.info saytının əməkdaşı Leyla Mirzənin övladları Ümid Mirzə-zadə də bu gün birinci sinfə qədəm qoyub. O, 100 nömrəli məktəbin şəhid jurnalist Məhərrəm İbrahimovun adını daşıyan sinifində təhsil alacaq.

Tanınmış jurnalist, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Pərvanə İbrahimovanın qızı Narın Rövşən Nəsirov adına 111 saylı məktəbdə təhsil alacaq.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun oğlu da birincilər sırasındadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdilinin oğlu da bu ilin birincilərindəndir.

Manset.az saytının təsisçisi və baş redaktoru Əli Vəliyevin qızı Rəna da birincilər sırasındadır.

Redaktor.az saytının redaktoru Vasif Əlihüseynin oğlu Uğur Xırdalan şəhər 3 saylı məktəb-liseydə təhsil alacaq.

Vəkillər Kollegiyasının mətbuat katibi İsmayıl Nəsiblinin qızı Həmidə də birincilər sırasındadır.

Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlinin qızı da builin birincilərindəndir.

"Yeni Müsavat" qəzetinin veb-redaktoru Əli Raisin oğlu Cavid də bu gün birinci sinfə qədəm qoyub.

Xalqxeber.az saytının baş redaktoru Peyman Sadıqovun oğlu da birincilər sırasındadır.

Turan İSMAYIL