Bakının məşhur məktəbinin direktoru əmək fəaliyyətini başa vurdu

 15:39 17.09.2024     2414

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova çalışmanın yaş həddinə çatma səbəbi ilə vəzifəsindən azad edilib.

Bu barədə Redaktor.az-ın əməkdaşına məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni bildirib.

Qeyd edək ki, məktəbin rəsmi saytında direktor olaraq Sara Xanlarovanın adı qalmaqdadır. Əldə etdiyimiz məlumata görə, Təhsil Kompleksinə hələlik yeni direktor təyin olunmayıb.

Xatırladaq ki, Sara Xanlarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub, Respublikanın Əməkdar müəllimidir. Onun rəhbərliyi altında 132-134 nömrəli Təhsil Kompleksi paytaxtın ən nizam-intizamlı, sayılıb-seçilən nüfuzlu məktəblərindən birinə çevrilib.

T.İSMAYIL

 

2