Məktəb direktoru şagirdlərdən pul tələb etdi - ARAŞDIRMA BAŞLADI

 17:35 20.09.2024     1063

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə "Report"a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:

"Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".