Tələbələrin köçürülməsi YEKUNLAŞDI
2024-2025-ci tədris ili üçün təhsilalanların köçürülüməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib.
Bu barədə Redaktor.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, sənəd qəbulu portal.edu.az vasitəsilə 25 iyul-1 avqust tarixində aparılıb.
Qeyd edilib ki, elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub.
Ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.